“Star TV”nin məşhur seriallarından olan “Yalı Çapkını”nın final tarixi açıqlanıb.
Uvertura.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat verib. Serial, mart ayında yayımlanacaq 100-cü bölümü ilə tamaşaçılara vida edəcək.
Final qərarının verilməsinə səbəb, serialın bu mövsüm gözlənilən reytinqi toplaya bilməməsidir. Həmçinin, bildirilib ki, serialın izləyici sayında sürətli azalma davam edərsə, final tarixi tezləşə bilər.
Xatırladaq ki, ötən həftə “Yalı Çapkını”nın 87-ci bölümü efirə gedib və yeni il həftəsində serial fasiləyə çıxacaq.
3 sezondur yayımlanan serialın baş rollarını Afra Saraçoğlu və Mert Ramazan Demir canlandırır.