“Yalı Çapkını” serialının final tarixi açıqlanıb.
Uvertura.az Big.az-a istinadən xəbər verir ki, serial mart ayında yayımlanacaq 100-cü bölümü ilə tamaşaçılara vida edəcək.
Final qərarı, bu mövsüm gözlənilən reytinq göstəricilərinin əldə olunmaması səbəbindən verilib. İzləyici sayının daha da azalması halında, final tarixi əvvəlki tarixlərə çəkilə bilər.
Qeyd edək ki, ötən həftə “Yalı Çapkını”nın 87-ci bölümü yayımlandı. Yeni il həftəsində isə serial efir fasiləsinə çıxacaq.
Serial artıq üç mövsümdür yayımlanır və baş rollarda Afra Saraçoğlu və Mert Ramazan Demir yer alır.