Ötən həftə təqdim olunan “Yalı çapkını” serialının 46-cı bölümündə yer alan kadr müzakirələrə səbəb olub.
Uvertura.az xəbər verir ki, ekran işində “Seyran” obrazını canlandıran Afra Saraçoğlunun ayaqqabısı diqqət çəkib. Ayaqqabının aktrisaya böyük olduğu izləyicilərin nəzərindən qaçmayıb.
Görüntülər sosial media seqmentində gülüşə səbəb olub.
Səhnə ilə bağlı serialın ünvanına “Qalsın gələn il də geyinər”, “Pelin”in ailəsinə büdcə ayırmaqdan baş rol ifaçısına ayaqqabı alacaq pul qalmayıb”, “Bu səhnə tamamilə uğursuz idi” kimi şərhlər yazılıb.
Qeyd edək ki, ekran işinin digər baş rolunu Mərt Ramazan Dəmir canlandırır.