Yaponiyada insanlarla danışa bilən humanoid buddist robot — Buddharoid təqdim edilib. Kioto Universiteti və “Teraverse”, XNOVA şirkətlərinin hazırladığı robot “Unitree G1” əsasında qurulub və “BuddhaBot-Plus” sistemi ilə işləyir.
“ChatGPT”nin son versiyası ilə çalışan Buddharoid buddist mətnlərindən sitatlar gətirərək suallara cavab verir, yeriyə, əyilə və əllərini bir-birinə sıxa bilir.
Uvertura.az xəbər verir ki,Tərtibatçılara görə, bu, təbii danışıq qabiliyyəti olan ilk dini süni intellekt humanoid robotudur.
