Ədəbiyyat Mədəniyyət

Yaponiyada Qara Qarayevin fortepiano əsərləri çap olunub

Yaponiyada Azərbaycanın tanınmış bəstəkarı Qara Qarayevin əsərlərinin nəşr edilməsi layihəsi çərçivəsində yeni bir not kitabı çap olunub.

Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan musiqi mədəniyyətində ilk dəfə olaraq, bəstəkarın fortepiano üçün yazdığı əsərləri Yaponiyada nəşr edilib.

“Zen-On” musiqi nəşriyyatı tərəfindən yayımlanan əsərlərlə bağlı metodik göstərişlər pianoçu Gülnarə Səfərova tərəfindən hazırlanıb və not kitabına həm yapon, həm də ingilis dillərində əlavə edilib.

Hazırda mağazalarda satışa çıxarılan kitabın 2025-ci ildə təqdimatının keçirilməsi, eləcə də konsert proqramlarının təşkil olunması planlaşdırılır. Bundan əlavə, Qara Qarayevin musiqisi haqqında mühazirələr, açıq dərslər və digər tədbirlərin təşkili də nəzərdə tutulur.

Qeyd edək ki, 2023-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qara Qarayevin “Yeddi gözəl” və “Don Kixot” baletlərinin partituralarından ibarət iki not kitabı Yaponiyada musiqisevərlərə təqdim edilib.

You may also like