Yanvarın 14-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ş.Peronun əsəri əsasında hazırlanan “Yatmış gözəl və cırtdanlar” adlı tamaşa nümayiş olunacaq.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, balaca tamaşaçılar üçün hazırlanan bu səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysterləri Zülfiyyə Sadıxova və Fidan Babayeva, baş dirijoru isə Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.
Tamaşanın xronometrajı bir saatdan çox olmaqla, zəngin dekorasiyalarla diqqət çəkəcək.