Küveytin “Fikr-hur”, Əlcəzairin “alharir.info”, İraqın “Nur Mədəniyyət və Media Mərkəzi”, Suriyanın “Qısa hekayə”, Misirin “Hekayə və romanlar” mədəniyyət portalları və feysbuk səhifələri Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində istedadlı gənc yazıçı Mirmehdi Ağaoğlunun ərəb dilinə tərcümə olunmuş “Fasilə” hekayəsinin yayımına başlayıb.
Mərkəzdən Uvertura.az-a bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin ərəb dilinə tərcümə müəllifi – Mərkəzin ərəb dili mütəxəssisi Fərid Camalovdur.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portallar Stiven Ceyms Kennet, Corc Oruell, Yusteyn Qorder, David Cozef Şvarts, Stiven Kovi, Robert Toru Kiyosaki kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.