İkinci Qarabağ müharibəsində qazanılan tarixi zəfərə həsr olunan irihəcmli əsərlərin yaradılması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş ədəbi müsabiqənin qalibi müəyyənləşib.
Mədəniyyət Nazirliyindən Uvertura.az -a verilən xəbərə görə, müsabiqəyə təqdim edilmiş əsərlərin qiymətləndirilməsi və qalibin seçilməsi məqsədilə aidiyyəti sahə üzrə mütəxəssislərdən ibarət aşağıdakı tərkibdə Komissiya yaradılıb.
Komissiyanın yekun qərarına əsasən, roman və mənzum hekayə janrları üzrə təqdim olunan 15 adda əsərin bədii səviyyəsi müsabiqənin tələblərinə cavab vermədiyi üçün qalib əsər müəyyənləşməyib.
Dram janrı üzrə təqdim olunan 8 əsərin arasından qalib seçilib:
Sevinc Elsevər – “Çiçək məktublar”