Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the nano domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/uvertura/public_html/wp-includes/functions.php on line 6114
Yenə o bağ olaydı.. Müşfiqdən geri qalanlar – Uvertura.az
Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits. https://bet-andreas-az.com/ https://bunafarmacie.ro/
Ədəbiyyat

Yenə o bağ olaydı.. Müşfiqdən geri qalanlar

Uvertüra.az oxucularına yaradıcılığı ilə hər kəsi heyran edən Mikayıl Müşfiq haqqında araşdırma yazını təqdim edir.

Azərbaycan şeir tarixinə adını qızıl hərflərlə yazmağı bacaran Mikayıl Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir.

Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi.

Müşfiq çox gənc yaşlarından yaradıcılıq aləminə gəlmiş, həyatını, taleyini şeirlə bağlamış və ömrünün sonuna kimi ondan ayrılmamışdır. O, poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bu gün” şeiri ilə başlamış və sonrakı illərdə dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1927-ci ildən “Maarif və mədəniyyət” və “Komsomol” jurnallarında və “Gənc işçi” qəzetində nəşr olunmuşdur. 1930-cu ildə şairin ilk “Küləklər” adlı şeir kitabı işıq üzü görmüşdür. Kitabda müəllifin əlli üç şeiri və iki tərcüməsi toplanmışdır.

1932-ci il Müşfiqin həyatında məhsuldar olmuş, “Günün səsləri”, “Vuruşmalar”, “Pambıq”, “Buruqlar arasında” kitabları, daha sonra bir-birinin ardınca “Şeirlər”, “Çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz”, “Azadlıq dastanı”, “Buruq adamı” əsərləri nəşr edilmişdir. 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv seçilmişdir.

Həqiqi bir müəllim, əsl vətənpərvər olan Müşfiq öz yaradıcılığında uşaqlar üçün də yer ayırmış, bir-birindən gözəl əsərlər yaratmışdır. “Şəngül, Şüngül, Məngül”, “Kəndli və ilan” mənzum nağılları, “Vuruşmalar”, “Qaya” poemaları, “Coğrafiya”, “Məktəbli şərqisi”, “Zəhra üçün” və digər şeirləri uşaqlar arasında şairə böyük məhəbbət qazandırmışdır.

Mikayıl Müşfiq yaradıcılığında bədii tərcümə fəaliyyəti də xüsusi yer tuturdu. 1930–1937-ci illərdə onun tərcümə etdiyi Aleksandr Puşkinin “Qaraçılar” (Ş. Abbasovla birgə), Taras Şevçenkonun “Kobzar” (Əhməd Cavadla birgə), Yegişe Çarensin “Şeirlər”, Samuil Marşakın “Huşsuza bax, huşsuza”, Mirzə Fətəli Axundovun “A. S. Puşkinin ölümünə Şərq poeması” əsərləri nəşr edilmişdir. Bundan əlavə Müşfiq Mixail Lermontovun “Demon” poemasını (Rəsul Rza ilə birgə), “Qafqaz” (Mikayıl Rəfili ilə birgə), “Şairin ölümünə”, “Tənha yelkən ağarı” şeirlərini, A. S. Puşkinin “Yevgeni Onegin” mənzum romanından “Tatyananın Onegenə məktubu”nu (R. Rza ilə birgə), “Poltava” əsərindən bir parçanı, “Dustaq” şeirini, Ömər Xəyyamın rübailərinin çox hissəsini, Firdovsinin “Şahnamə”sindən bəzi parçaları (Mirmehdi Seyidzadə ilə birgə) tərcümə etmiş, gözəl mütərcim kimi oxucuların rəğbətini qazanmışdır.

1936-cı ildə Mikayıl Müşfiqin “Səhər” poeması Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə keçirilən müsabiqədə “Yeddi yaxşı ədəbi əsər” mükafatına layiq görülmüşdür. 1937-ci ildə çapa hazırladığı “Çağlayan” kitabına şair on bir illik yaradıcılığı ərzində yazmış olduğu ən qiymətli əsərlərini, o cümlədən “Səhər”, “Azadlıq dastanı”, “Sındırılan saz”, “Əbədiyyət nəğməsi”, “Şeirim”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları”, “Tərtərhes nəğmələri”, “Mingəçevir həsrəti” və digər şeir və poemalarını daxil etmişdir, lakin kitabı nəşr etdirmək şairə qismət olmamışdır.

Mikayıl Müşfiqin Azərbaycan poeziyasının nadir incilərindən sayılan “Oxu, tar, oxu tar”, “Qal, sənə qurban”, “Sənin gülüşlərin”, “Maralım”, “Ana”, “Küləklər”, “Yenə o bağ olaydı” və digər şeirlərinə bəstələnən mahnılar dinləyici alqışını, rəğbətini qazanmış sənət əsərləridir.

O illərin ağrı-acısını, anasızlığını şair “Ana” şeirində ürək yanğısı ilə qələmə almışdır:

Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

M.Müşfiq vətənimizdən bəhs etdiyi “Ölkəm” şeirində o, sanki Azərbaycanı görmək istədiyi, arzuladığı kimi tərənnüm etmişdir.

Dünyamızı seyr etdim min dürlü həvəslərlə,

Gördüm coşuyor dillər pək nəşəli səslərlə,

Baxdım doludur yarlar şən qəlbili kəslərlə

Pək şad olaraq güldüm abad olan ölkəmdə.

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

“Yenə o bağ olaydı”… Möhtəşəm şeir, ən gözəl sevgi nəğməsi…

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.

O, qısa ömrünə baxmayaraq, maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin iz qoyub.

You may also like