Yeni Avengers filmlərinin buraxılış tarixi açıqlanıb: “Doomsday” 2026-cı ilin mayında, “Secret Wars” isə 2027-ci ilin mayında təqdim olunacaq.
Uvertura.az xəbər verir ki, Marvel Sinematik Dünyası (MCU) San Diego Comic Con iki yeni Avengers filminin buraxılış tarixlərini açıqladı. Marvel fanatlarının səbirsizliklə gözlədiyi bu filmlər Avengers: Doomsday və Avengers: Secret Wars olacaq.
Adı çəkilən filmlər Doktor Doom və Fantastik Dördlünün hekayəsi üzərində qurulacaq
Qeyd edək ki, Robert Downey Jr Doktor Doom rolunda yenidən Marvel səhnələrinə qayıdacaq. O, bundan əvvəl İron Man olaraq Marvel filmlərində rol alırdı.