Marvel Sinematik Kainatında keçəcək ilk Fantastik Dördlü filmi olan The Fantastic Four: First Stepsdən gözlənilən treyler gəldi. Film bu il kinosevərlərlə görüşəcək.
Uvertura.az xəbər verir ki, Disney-Fox razılaşması ilə Fantastik Dördlünün hüquqlarını geri alan Marvel, nəhayət, bu məşhur qrupu Marvel Kinematik Kainatına daxil edir. Fox razılaşmasının tamamlandığı 2019-cu ildən bəri gözlənilən yeni Fantastic Four filmi bu il kinosevərlərlə görüşəcək. Filmin vizyon tarixi yaxınlaşdıqca tanıtım işlərinə başlayan Marvel, dünən filmin ilk treylerini yayımlayıb.
The Fantastic Four: First Steps adlı filmdə Mr. Fantastic rolunu Pedro Pascal (The Mandalorian, The Last of Us), Sue Stormu Vanessa Kirby (Napoleon, Mission: Impossible 7), Johnny Stormu Joseph Quinn (Stranger Things) və The Thingi isə Ebon Moss-Bachrach (The Bear) canlandırır.
Qeyd edək ki, maraqla gözlənilən yeni Fantastik Dördlü filmi 2 mayda nümayişə çıxarılacaq.