Türkiyənin məşhur istedad yarışması “Yetenek Sizsiniz Türkiye” yenidən ekranlara qayıdır.
Uvertura.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzun illər “TV8” kanalında yayımlanan və Acun Ilıcalının uğurla həyata keçirdiyi layihə bu dəfə “O3 Media” tərəfindən istehsal ediləcək.
Bu mövsümdə verilişdə bir ilk yaşanacaq. “Yetenek Sizsiniz Türkiye” dünyada ilk dəfə eyni anda həm rəqəmsal platformada, həm də televiziya kanalında yayımlanacaq. Proqram “NOW” və “Disney Plus” üzərindən tamaşaçılara təqdim ediləcək.
Yeni mövsümün münsiflər heyətinin iki üzvü artıq məlumdur. Onlardan birinin tanınmış aktrisa Eda Ece, digərinin isə aparıcı və aktyor İbrahim Selim olacağı bildirilir.
Qeyd edək ki, yarışma 2009-2018-ci illərdə yayımlanıb və Türkiyədə böyük populyarlıq qazanıb.