Aparıcı Zaur Kamalın efirdə işlətdiyi sözlər marağa səbəb olub.
Uvertura.az xəbər verir ki, insanlara inanmadığını deyən teleaparıcı eyni efiri bölüşdüyü oğlu Bartunu misal gətirib.
“Bartuya da inanmıram. Hərdən zəng edib soruşuram, haradasan? Deyir ki, çayxanadayıq, uşaqlarla çay içirik. Ancaq qızların səsi gəlir, yanında qızlar var. Sənin çayxanada qızlarla nə işin var? İndidən başlayıb, populyarlığı da artıq var.
Keçən dəfə Xoşqədəm xanımın anasının yas mərasiminə getmişdim. Hamı Bartunu soruşur, mən çəkilmişəm kənara”.