Şou-biznes

Zeynəb Xanlarovanın adından dələduzluq edildi

Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.

Uvertura.az xəbər verir ki, bu barədə məlumat xanım sənətkarın “İnstagram” hesabında verilib.

“Zeynəb Xanlarovanın adından sosial şəbəkələrdə saxta profillər yaradılıb və guya konsert proqramı keçiriləcək deyə, bilet satışı ilə fırıldaqçılıq etməyə çalışırlar. Xahiş edirik, bu cür mesajlara və bilet satışlarına inanmayın! Rəsmi konsert xəbərləri yalnız sənətçinin etibarlı və rəsmi kanalları vasitəsilə paylaşılır. Aldanmayın, diqqətli olun!”, – deyə paylaşımda bildirilib.

You may also like