Hazırda Kanal D-də yayımlanan “Annem Ankara” serialının yaxın günlərdə finalı olacaq.
Uvertura.az “Haberler.com”a istinadən xəbər verir ki, serial 15-ci bölüm ilə ekranlara vida edəcək.
Bu məsələ ilə bağlı şirkətdən hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, serialın artıq 13 bölümü yayımlanıb. Baş rollarda “Zuhal Angigün” və “Hasan” obrazlarını Bergüzar Korel və Mehmet Günsür canlandırır.