Mədəniyyət Nazirliyinin MEMİM-in təşkilatçılığı ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Azərbaycan aşıq yaradıcılığında milli-mənəvi dəyərlərin təcəssümü” mövzusunda elmi-praktik seminar keçirilib.
MEMİM-dən uvertura.az-a bildirilib ki, Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə təşkil olunan tədbir Molla Cuma, Hüseyn Saraçlı və Pənah Pənahovun yaradıcılığına həsr edilib. İştirakçılar muzeyin aşıq sənəti guşəsi ilə tanış olub, çıxışlarda bu sənətkarların irsinin qorunması və təbliğinin əhəmiyyəti vurğulanıb.
Seminarda müxtəlif mövzularda məruzələr dinlənilib, sonda isə tanınmış aşıqların ifasında bədii proqram təqdim olunub.
