Türkiyənin tanınmış müğənnisi və aktyoru Kutsi yenidən ailə həyatı qurub.
Uvertura.az xəbər verir ki, sənətçi Sevda Sönmezlə nikaha daxil olub.
Cütlüyün nikah mərasimində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbuldan olan millət vəkili Serkan Bayram da iştirak edib. O, mərasimdə nikah şahidi qismində çıxış edib.
Xatırladaq ki, bu, Kutsinin üçüncü evliliyidir. Sənətçi ilk dəfə Sinem Bayraktutarla ailə qurub və bu nikahdan bir qız övladı dünyaya gəlib.
Müğənninin ikinci həyat yoldaşı isə “Benim Adım Melek” serialında Seyid obrazını canlandıran uşaq aktyor Poyraz Arın anası Sibel Ülkər olub.
