Mədəniyyət

Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Bu gün Bakının mərkəzində QHT-lərin təşəbbüsü ilə Azərbaycan xanımlarının milli baş örtüyü olan kəlağayıya həsr edilmiş yürüş təşkil olunub.

Uvertura.az xəbər verir ki, Qız Qalasının qarşısından başlayan yürüşün əsas məqsədi milli-mədəni irsimizin təbliği, kəlağayı ənənələrinin yaşadılması və bu qədim sənətə marağın artırılması olub.

Azərbaycan qadınının zərifliyini, milli kimliyini və zəngin mədəniyyətini əks etdirən kəlağayı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Milli dəyərlərimizin qorunmasına və gələcək nəsillərə ötürülməsinə diqqət çəkən yürüş şəhər sakinləri və turistlərin marağına səbəb olub.

Oxşar Xəbərlər