Mədəniyyət

Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib

Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü Dəyanət Osmanlının iki yeni kitabı – “Qələmin gözüylə” və “Osmanlıda Validə sultanlar” “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

“Qələmin gözüylə” kitabında müəllifin müxtəlif illərdə qələmə aldığı esselər, ədəbi-tənqidi və ictimai məzmunlu məqalələr, müsahibə və açıqlamalardan seçmələr yer alıb.

Uvertura.az xəbər verir ki, “Osmanlıda Validə sultanlar” kitabı isə tarixi mənbələr əsasında hazırlanıb. Nəşrdə türk cəmiyyətində ailə və qadının rolu, Osmanlı padşahlarının anaları və xanımları, eləcə də validə sultanlıq institutu haqqında məlumatlar təqdim olunur.

Oxşar Xəbərlər