Azərbaycanda astronomik payız sentyabrın 23-də Bakı vaxtı ilə saat 04:05-də başlayıb.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından uvertura.az-a bildirilib ki, payız bərabərliyi zamanı gecə və gündüzün uzunluğu bir-birinə yaxınlaşır. Bu andan etibarən Şimal yarımkürəsində gündüzlər qısalmağa, gecələr isə uzanmağa başlayır.

Fəsillərin dəyişməsi Yerin Günəş ətrafında hərəkəti və fırlanma oxunun meyilliliyi ilə bağlıdır.

2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə davam edəcək və dekabrın 22-də qış günəşduruşu ilə başa çatacaq.

Oxşar Xəbərlər