Mədəniyyət

Akademik Milli Dram Teatrında “Qarabağnamə” tamaşası nümayiş olunub

Akademik Milli Dram Teatrında 8 Noyabr – Zəfər Günü münasibətilə “Qarabağnamə” tamaşası təqdim olunub.

Uvertura.az xəbər verir ki, tamaşadan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur tamaşaçıları Zəfər Günü münasibətilə təbrik edib. O, tarixi Qələbənin milli birlik, vətənpərvərlik və qəhrəmanlıq rəmzi olduğunu vurğulayaraq şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına ehtiramını ifadə edib.

Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında səhnələşdirilən “Qarabağnamə” tamaşasının quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Oxşar Xəbərlər