Mədəniyyət

“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub

Daş Salnamə Muzeyində rəssam-heykəltaraş Orxan Nəbizadənin “Qədim daş, müasir yaddaş” və Elvin Nəbizadənin “Məsuliyyət radiusu” adlı layihələrinin təqdimatı keçirilib.

Uvertura.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Qobustanın qədim qayaüstü rəsmlərindən ilhamlanan “Qədim daş, müasir yaddaş” layihəsində Azərbaycanın vəhşi təbiətini əks etdirən müxtəlif heyvan heykəlləri nümayiş olunub.

“Məsuliyyət radiusu” layihəsi isə interaktiv yanaşma vasitəsilə insan və təbiət arasındakı əlaqəyə, eləcə də vəhşi təbiətin qorunmasında fərdi məsuliyyətə diqqət çəkib.

Oxşar Xəbərlər