Şou-biznes

Kıvanç Tatlıtuğ sosial şəbəkələri niyə bağladı?

Kıvanç Tatlıtuğ sosial şəbəkələrdən uzaqlaşmasının səbəbini açıqladı

Türkiyənin tanınmış aktyoru Kıvanç Tatlıtuğ milyonlarla izləyicisi olan sosial şəbəkə hesablarını niyə bağladığına aydınlıq gətirib.

Uvertura.az “Haber Türk”ə istinadən xəbər verir ki, avqust ayında “Instagram” və “X” hesablarını bağlayan aktyor qərarının arxasında xüsusi səbəb olmadığını bildirib.

“Canım sıxıldı, elə istədim və bağladım. Burada dramatik bir səbəb axtarmağa ehtiyac yoxdur. Sosial şəbəkələrdən uzaqlaşdıqdan sonra 20-dən çox kitab aldım və xeyli mütaliə etdim”, – deyə aktyor qeyd edib.

Oxşar Xəbərlər