magbo system
Mədəniyyət

Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub

Aprelin 16-da Nizami Kino Mərkəzində “At gücü” (“Horse Power”) sənədli filminin təqdimatı keçirilib. Tədbirdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Uvertura.az xəbər verir ki, qonaqlar əvvəlcə Azərbaycan Rəssamlıq Akademiyası tələbələrinin film mövzusuna həsr olunan sərgisi ilə tanış olub, daha sonra ekran əsəri nümayiş etdirilib.

Film dünyanın seçilən atlarının gücü və insanla bağlılığından bəhs edir. Çəkilişlər ABŞ, Azərbaycan, Böyük Britaniya, Çin, Qətər və Niderlandda aparılıb. Filmdə Azərbaycanın milli irsi olan Qarabağ atları da yer alıb.

Layihə məşhur “Plimsoll Productions” və “Eos Films” şirkətlərinin birgə məhsuludur. Ekran əsərinin 100 ölkədə 300 milyondan çox izləyiciyə çatacağı gözlənilir.

You may also like