Mərhum aktyor Azər Baxşəliyevin atası Elxan Baxşəliyev övladının itkisindən danışıb.
Uvertura.az Axşam.az-a istinadən xəbər verir kİ, Mərhumun atasının “5 üz” proqramında çıxış edən E.Baxşəliyev nəvəsi ilə təsəlli tapdığını bildirib:
“Valideyn balanın çiynində gedər son mənzilə. Amma atanın öz uşağını dəfn etməyi heç kimə arzulamaram. Hər şeyi alt-üst etdi. Balasını da doyunca oynada bilməd. Biz onun balası ilə yaşayırıq, nəfəs alırıq. Bizim üçün onu qoydu getdi. Fəxr edirəm ki, belə bir oğlum var idi. Azər kimi oğlum var idi, mən onunla fəxr edirəm.”
Qeyd edək ki, Azər böyrək çatışmazlığından əziyyət çəkirdi və yanvar ayında dünyasını dəyişib. O, Nigar adlı xanımla ailəli idi və Züleyxa adlı bir qız övladı var.