Azərbaycanlı müğənni Emin Eminzadə Böyük Britaniyanın paxtaxtı London şəhərində özünün ilk solo konsertini verib.
Uvertüra.az xəbər verir ki, konsert Londonlular arasında maraqla qarşılanıb, biletlər satılıb və proqram isə dinləyicilərdən isti və yaddaqalan təəssürat əldə edib.
Onu solo konserti sırasında isə Berlin Metropoliten orkestri müşayiət edib. Konsert Londonun qərbində yerləşən “Notting Hill”in tarixi “Tabernacle” binasında baş tutub. Qeyd edək ki, Emin Eminzadə Azərbaycan, Qazaxıstan, İtaliya, İspaniyada təşkil edilən beynəlxalq yarışların mükafatını qazanıb. O, Londonda baş tutan konsertə görə ailəsinə və dostlarına təşəkkür edib və növbəti arzusunun isə əcdadlarının vətəni olan Qarabağda belə bir solo konsert vermək olduğunu deyib.