Mədəniyyət

İçərişəhərdə xəttatlıq sənətinə dair sərgi keçirilir, 60-dan çox əsər nümayiş olunur

Şirvanşahlar Sarayı Kompleksində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Bakı Rəsm Qalereyasının birgə təşkilatçılığı çərçivəsində “Hərflərin Sirri” adlı xəttatlıq sərgisi açılıb.

Uvertura.az xəbər verir ki, sərgidə tanınmış xəttat Gülümxan Bəydəmirin 60-dan çox sənət əsəri nümayiş etdirilir.

Təqdim olunan əsərlər xəttatlığın sadəcə yazı texnikası olmaqla kifayətlənmədiyini, həm də dərin fəlsəfi və mənəvi anlam daşıyan bir sənət növü olduğunu əks etdirir. “Hərflərin Sirri” sərgisi həm incəsənətin gözəlliyini, həm də onun ruhani mahiyyətini ön plana çıxarır. Ziyarətçilər bu sərgidə sənət və zamanın harmoniyasını hiss edə biləcəklər.

Sərgi aprelin 22-dək davam edəcək.

You may also like