Şou-biznes

İlhan Şeşenin vəziyyəti kritikdir

Xərçəngdən əziyyət çəkən məşhur türkiyəli müğənni İlhan Şeşenin vəziyyəti kritik olaraq qalır.

Uvertura.az xəbər verir ki, bu barədə onun qohumu Burhan Şeşen açıqlama verib:

“Səhhəti ilə bağlı vəziyyət ciddi olaraq qalır. Hazırda evdən yalnız müalicə üçün xəstəxanaya gedir. Həkimlər onun durumunun kritik həddə çatdığını bildirir”, – deyə o qeyd edib.

Qeyd edək ki, İlhan Şeşen daha əvvəl xərçəng diaqnozu ilə müalicə alaraq sağalmışdı.

You may also like