Dünya Xəbərləri Şou-biznes

Üç bacısından sonra ingilis aparıcıda da xərçəng aşkarlanıb

İngiltərənin ITV televiziyasında yayımlanan “Loose Woman”nin aparıcısı Coleen Nolan-da da dəri xərçəngi aşkarlanıb. 

Uvertura.az xəbər verir ki, 58 yaşlı müğənni, aparıcının bacılarının 3-nə də daha əvvəl eyni diaqnoz qoyulub. Bacılarından biri Bernie 2013-cü ildə xərçəngdən vəfat edib, bu il digər bacısı Linda isə elan edib ki, onda aşkarlanan xərçəng artıq beyninə yayılıb. Digər bacısı Anna-da da eyni xəstəlik aşkarlanıb, ancaq hazırda sağlamdır. 

Qeyd edək ki, bazar ertəsi günü “Loose Woman”də açıqlama verən Coleen Nolan deyib ki, xərçəng diaqnozunun verilməsi şans nəticəsində baş verib.

Oxşar Xəbərlər