Model və hazırda reper Bad Bunny ilə eşq yaşayan Kendal Jenner gələcək övladları ilə bağlı planlarını açıqlayıb.
Uvertura.az eonline.com-a istinadən xəbər verir ki, o, bildirib ki, övladlarını Los-Anceles-dən kənarda böyütməyi düşünür, əks halda spot işıqları altında bunu etmək ona olduqca çətin olacaq.
27 yaşlı model WSJ jurnalına müsahibəsində deyib ki, həyatımın bu anı üçün çox həyəcanlıyam: “Ancaq hələ doğru zamanın olmadığını düşünürəm”.
Eyni zamanda o, digər bacılarının uşaqlarını spot işıqları altında böyütməkdə çox rahat olduqlarını da dilə gətirib.