Amerikalı pop ulduz Britni Spirsin uşaqlıqda yaşadığı ev hərraca çıxarılıb.
Uvertura.az xarici mətbuata istinadən xəbər verir ki, 1,2 milyon dollara satışa çıxarılan ev Luiziana ştatının Kentvud şəhərində yerləşir.
Əmlak Britninin atası Ceymi Spirs tərəfindən cəmi 289 min dollara satıldıqdan bir neçə il sonra hərraca çıxarılıb.
Üç yataq otağı və üç vanna otağı olan evin hazırkı sahibi əmlakın ona layiqli gəlir gətirəcəyinə ümid edir.
Alıcılarda xüsusilə rəqs studiyası, mebel, eləcə də gənc Britninin qoyub getdiyi yazılar maraq doğura bilər. Mülk sahibi divarlarda ifaçının köhnə rəsmlərinin olduğunu da bildirib.