Qobustan Milli Tarix-Bədii Qoruğunun təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsində Zəfərin dördüncü ildönümünə həsr olunmuş tədbir keçirilib
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, açıq havada keçirilən tədbirin proqramına musiqiçi və rəqqasların iştirakı ilə şou-konsert, təsviri incəsənət üzrə ustad dərsləri və əl işlərinin satış yarmarkası daxil edilib. İyirmiyə yaxın sahibkar sağlamlıq imkanları məhdud olan şəxslərin yaratdıqları məmulatları təqdim edib. Sərgidə, həmçinin Zəfər Gününə həsr olunmuş işlər və milli naxışlarla bəzədilmiş əşyalar nümayiş etdirilib.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev jurnalistlərlə söhbətində bildirib ki, bu tədbirin məqsədi Azərbaycan xalqının bu böyük zəfərini Azərbaycanın ən qədim yerlərindən birində – Qobustanda qeyd etməkdir.
Direktor Zəfər Gününün təsis edilməsinin əhəmiyyətini də vurğulayıb.
Bayram tədbiri konsert proqramı ilə davam edib.