Müğənni Şəbnəm Tovuzlu paylaşımı ilə diqqət çəkib.
Uvertura.az xəbər verir ki, sənətçi “Gedirəm, bir az hər şeydən uzaq olmaq üçün. Çox yorğunam. Ola bilsin bundan sonra İstanbula çox gedib-gəlim. Hətta yaşamağı belə düşünürəm” sözlərini yazıb.
Bununla bağlı yerli saytlardan birinə açıqlama verən ifaçı Türkiyəyə köçməyi planlaşdırdığını deyib. O bildirib ki, bu addımı qızının istəyi ilə atır:
“İstanbulda ev almışam, balaca bir iş də qururam. Bunu qızım istədi. Azərbaycandan birdəfəlik getmərəm. Amma yəqin ki, bundan sonra İstanbulda daha çox olacağam. Zamanla bəlkə birdəfəlik köçərəm”.
Qeyd edək ki, Ş.Tovuzlunun bir qız, bir oğul övladı var.