Sabirabadda ilk dəfə olaraq “Hophopnamə” kitab mərkəzi istifadəyə verilib.
Uvertura.az xəbər verir ki, “Hophopnamə” Kitab Mərkəzinin, eyni zamanda əməkdaşların yeni təlim mərkəzinin, rəsm və rəqs studiyalarının açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, yazarlar, mədəniyyət xadimləri, regionda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və gənclər iştirak ediblər.
Qonaqlara öncə Kitab Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verilib, burada ölkənin müxtəlif nəşriyyatlarının stendlərinin yaradıldığı, onların nəşr etdiyi kitabların yerləşdirildiyi, həmçinin, bu mərkəzin resurslarından istifadə edən kontingentə çay, kofe və s. kimi xidmətlərin göstəriləcəyi, eyni zamanda, mərkəzdə müxtəlif ədəbi-bədii gecələrin, kitab təqdimatlarının, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlərin, ustad dərsləri və oxu günlərinin təşkil ediləcəyi bildirilib.
Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə, kitaba və mütaliə mədəniyyətinin inkişafına olan diqqət və qayğısını nəzərə alaraq, Ulu Öndərin 100 illik yubileyinə töhfə kimi yaradılmış “Hophopnamə” Kitab Mərkəzinin konseptual olaraq respublikada ilk çoxfunksiyalı müasir kitab mərkəzi olduğu vurğulanıb.
Qonaqlara öncə Kitab Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verilib, burada ölkənin müxtəlif nəşriyyatlarının stendlərinin yaradıldığı, onların nəşr etdiyi kitabların yerləşdirildiyi, həmçinin, bu mərkəzin resurslarından istifadə edən kontingentə çay, kofe və s. kimi xidmətlərin göstəriləcəyi, eyni zamanda, mərkəzdə müxtəlif ədəbi-bədii gecələrin, kitab təqdimatlarının, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlərin, ustad dərsləri və oxu günlərinin təşkil ediləcəyi bildirilib.
Mərkəzlə tanışlıqdan sonra çıxış edən Fərid Cəfərov, Siraqəddin Cabbarov və digərləri, mütaliə mədəniyyətinin yüksək səviyyəsinin formalaşdırılmasında, eyni zamanda yeniyetmə və gənclərdə mədəniyyət və incəsənətə marağın artırılmasında “Hophopnamə” Kitab Mərkəzinin, əməkdaşların təlim mərkəzinin, rəsm və rəqs studiyalarının yaradılmasının önəmli töhfə olduğunu vurğulayıblar. Bundan əlavə, regionda çoxfunksiyalı Mədəniyyət Mərkəzinin yaradılması təqdirəlayiq hal kimi qiymətləndirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Uşaq İncəsənət Festivalında uğurla iştirak etmiş uşaqların ifasında konsert proqramı ilə davam edib. Sonda konsertdə çıxış edən uşaqlar fəxri fərman və təşəkkürnamələrlə təltif olunub və xatirə şəkili çəkdirilib.