Şou-biznes

Sezen Aksu beş ildən sonra qayıdır

Türk pop musiqisinin əfsanəsi Sezen Aksu, 5 ildən sonra pərəstişkarlarına böyük bir sürpriz etməyə hazırlaşır.

Uvertura.az xəbər verir ki, bu il 70 yaşını qeyd edəcək olan müğənni uzun müddətdir gözlənilən yeni albomunu təqdim edəcək.

“Paşa Gönlümün Şarkıları” adını verdiyi albomda, Sezen Aksunun köhnə mahnılarından səkkizinin yeni aranjemanları və üç tamamilə yeni mahnısı yer alacaq.

Albomu tamamlayan son işlər davam etməkdədir və albomun 14 fevral Sevgililər Günündə yayımlanması planlaşdırılır.

You may also like