Əməkdar artist Xumar Qədimovanın illər öncə səsləndirdiyi “Dilbərim” mahnısı eyni vaxtda yeddi fərqli yutub kanalında trendə düşüb.
Uvertura.az xəbər verir ki, Qədimovanın bənzərsiz repertuarında yer alan mahnıya öncə “TikTok”da yüzlərlə video çəkilib, sonradan yutubda aktuallaşıb. Mahnının müxtəlif remiks versiyaları sənətkarın şəxsi səhifəsi ilə yanaşı, altı əlavə kanalda yer alıb.
Mahnı hazırda “YouTube”da 2-ci, 5-ci, 10-cu, 12-ci, 27, 28, 29-cu yerlərdədir.
Qeyd edək ki, bu, Azərbaycan musiqi tarixində bir ilkdir.
Bundan əlavə, Xumar Qədimova yeni “TikTok” hesabı açandan sonra onun repertuarında olan hitləri bu sosial şəbəkə trendlərini alt-üst edib.