Bu il amerikalı reper Ice Spice ilk dəfə Met Gala-ya qatılıb.
Uvertüra.az Vogue-nun YouTube kanalına istinadən xəbər verir ki, o, özünün ilk təəssüratlarını nəşrin jurnalisti ilə bölüşüb.
O, müsahibəsində deyib ki, “Burada olmaqdan xoşbəxtəm, ancaq qırmızı xalçada olan zaman bir qədər gərgin idim. Hər kəs məni səsləyirdi, düşünürəm ki, mən bu gün yaxşı görünürəm”.
Reper geyiminin Balmain-ə məxsus olduğunu və son dəqiqələrdə əlbisəni ərsəyə gətirdiklərini açıqlayıb.