76-cı “Cannes Film Festivalı”nda “Ən yaxşı qadın aktrisa” mükafatı türk aktrisa Merve Dizdara təqdim edilib.
Uvertüra.az xəbər verir ki, mükafat ona Nuri Bilge Ceylanın rejissorluğu ilə çəkilmiş “Kuru Otlar Üstüne” filmindəki performansına görə verilib.
O, mükafatı əldə edən zaman çıxışında qeyd edib ki, “Filmdə canlandırdığım Nuray obrazı inandıqları üçün, yaşamaq üçün mübarizə aparan, bu yolda qurbanlar verməli olan bir qadındır. Onu tanımaq və başa düşmək üçün uzun bir müddət çalışmaq istəyərdim. Ancaq yaşadığım coğrafiyada bir qadın olmaq, səni Nuray və onun kimilərin duyğusunu əzbər bilməyə sövq edir. Bu, mükafatı ümid edən və mübarizəsindən dönməyən bütün qadınlara ərmağan edirəm”, – deyə bildirib.
Qeyd edək ki, “Cannes Film Festival”ı mayın 16-dan mayın 27-ə qədər davam edib.