Fransa imperatoru Napoleon Bonapartın papağı hərraca çıxarılıb.
Uvertura.az xəbər verir ki, satış Fransada baş tutub. Hərracda papaq rekord qiymətə – 1,9 milyon avroya (təxminən 3,5 milyon manat) satılıb. Satış “Osenat” hərrac evi tərəfindən təşkil olunub.
Ekspertlər lotun qiymətini 600-800 min avro qiymətləndirsələr də bu, Bonaparta aid bütün əşyaların satışında rekord qiymətə alıcı tapan eksponat olub.
Qeyd edək ki, daha əvvəl qeydə alınan rekord məbləğ 2014-cü ildə eyni hərrac evində keçirilən Napoleon başqa bir papağının satışı zamanı qeydə alınıb. Əşya 1,8 milyon avroya satılmışdı.