Uvetura.az xəbər verir ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə Azərbaycan kino aktyoru, Prezident təqaüdçüsü, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə görüş keçirilib.
Görüşdə xalq artisti öz sənət yolu, Azərbaycan kino sənətindəki təcrübələri və yaradıcılığı barədə könüllülərlə səmimi və maraqlı söhbətlər edərək xatirələrini paylaşıb. Eyni zamanda, o, gənc nəsil üçün mədəni irsin qorunub saxlanılması və inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, xalq artistinin bundan əvvəldə könüllülərlə görüşü keçirilib