Fransanın paytaxtı Parisdə Azərbaycan mətbəxi təqdim edilib.
Uvertura.az Report-a istinadən xəbər verir ki, bu tədbir Fransanın məşhur mühəndislik məktəblərindən biri olan “Ecole des Mines de Paris – PSL”də keçirilib.
Tədbirin məqsədi müxtəlif ölkələrin tələbələrinə milli mətbəxləri təqdim edərək, onların mədəni irslərini paylaşmağa imkan yaratmaq olub.
Tədbir zamanı iştirakçılara Azərbaycan mətbəxinin zənginliyi barədə geniş məlumat verilib. Qonaqlar qutab, şəkərbura, paxlava və digər milli yeməklərlə yaxından tanış olublar.