Rəqqasə Fatimə Fətəliyeva “Gün ortası” verilişində duyğusal anlar yaşayıb.
Uvertura.az Big.az-a istinadən xəbər verir ki, sənətçi aparıcının “Fatimə tənha qadın nə vaxt olur” sualını eşidəndə göz yaşlarına hakim ola bilməyib. O, sualı cavablandırmaqdan imtina edərək belə deyib:
“Hər bir insanın içində öz dünyası var. Biz bunu tamaşaçılara göstərməməliyik. Səhnədə çalışıram ki, insanlara pozitiv ötürüm. Hər zaman düşünmüşəm ki, Allah ruzini verirsə, kimlərəsə dəstək olmalısan. Bəzən instaqramda məndən dəstək istəyirlər. Başa salanda ki, indi edə bilmərəm, mənə aqressiya göstərirlər. “Necə yox deyə bilərsən? Sənin hər şeyin var, bəxtəvərsən” deyirlər. Amma o şeylərə çatana qədər həyatda nələrdən keçmişəm”.