Yanvarın 18-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı yenidən “Kod adı V.X.A” adlı tamaşa ilə teatrsevərlərin qarşısına çıxacaq.
Uvertura.az xəbər verir ki, tarixi və sənədli faktlara əsaslanaraq hazırlanan bu səhnə əsərində 70 nəfərlik böyük kollektiv iştirak edir.
Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa, ötən əsrin 30-cu illərinin çətin dövrünü təsvir edir.
“Kod adı V.X.A” tamaşası, Şükriyyə Axundzadə adlı qadının təcrübəsindən yola çıxaraq, 26 min qadının ağır həbs və sürgün həyatını izah edir. İkihissəli olan bu tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərli və işıq üzrə rəssamı isə Vadim Kuskovdur.