Şou-biznes

“Yalı Çapkını”nın baş qəhrəmanı əsgər gedir.

Reytinqin azalması səbəbilə final qərarı verilən “Yalı Çapkını” serialının baş rol ifaçısı Mert Ramazan Demir hərbi xidmətə yola düşür.

Uvertura.az xəbər verir ki, serialda “Ferit” obrazını canlandıran aktyor yaxın günlərdə ordu sıralarına qoşulacaq.

O, Hatay vilayətinin İskenderun rayonunda xidmət edəcək.

Qeyd edək ki, üç mövsüm davam edən “Yalı Çapkını” 101-ci seriyası ilə ekran macərasını başa vuracaq. Serialda Mert Ramazan Demir, Afra Saraçoğlu ilə birlikdə baş rollardan birini canlandırırdı.

You may also like