Okan Buruk və Afra Saraçoğlu ilə bağlı yeni iddia: Sevgi münasibəti?

Uvertura.az xəbər verir ki, Türkiyə mətbuatında “Qalatasaray”ın baş məşqçisi Okan Burukla məşhur aktrisa Afra Saraçoğlunun sevgili olduqları barədə iddialar yayılıb.

Yerli mediada yer alan məlumatlara görə, ikilinin birlikdə yeməkdə görüldüyü bildirilir. Bundan əlavə, onların bir-birilərini sosial şəbəkələrdə izləməsi də diqqətdən yayınmayıb.

Hazırda bu iddialara nə Afra Saraçoğlu, nə də Okan Buruk tərəfindən rəsmi açıqlama verilməyib.

You may also like