magbo system
Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda iştirak edəcək

Gəncə Dövlət Milli Dram Teatrı aprelin 11–26-da keçiriləcək “5-ci Beynəlxalq Trabzon Teatr Festivalı”na dəvət alıb. Teatr festivalda Ə.Haqverdiyevin “Pəri cadu” tamaşası ilə iştirak edəcək.

Teatrdan Uvertura.az-a bildirilib ki, İtaliya, Fransa, Rumıniya, Şri-Lanka, Moldova, İordaniya, Gürcüstan, Honkonq, Türkiyə kimi teatrların yer aldığı festivala Gəncə teatrı Ə.Haqverdiyevin “Pəri cadu” tamaşası ilə qatılacaq.

Quruluşçu rejissoru Elşad Əhmədov olan tamaşada Əməkdar artistlər Kəmalə Məmmədova, Sevda Orucova və bir sıra aktyorlar rol alır.

Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi Yusif Cəfərov festivalın “Beynəlxalq əlaqələr” şöbəsində təmsil olunur.

You may also like