Azərbaycanlı fleytaçı Ağarəhim Quliyev məşhur yapon fleyta istehsalçısı “Altus Flutes”in səfiri seçilib. Parisdə yaşayan musiqiçi “L’École normale de musique de Paris – Alfred Cortot”u bitirib və hazırda aktiv konsert fəaliyyəti ilə məşğuldur.
Beynəlxalq müsabiqələr laureatı olan Ağarəhim Quliyev “Duo Avey” duetinin və “AGRecords” şirkətinin həmtəsisçisidir.
Musiqiçi uvertura.az-a açıqlamasında bildirib ki, “Altus Flutes”in səfiri seçilməsi onun peşəkar fəaliyyətinə verilən önəmli qiymətdir. O vurğulayıb ki, bu status həm böyük məsuliyyət, həm də Azərbaycan musiqi məktəbini beynəlxalq arenada təmsil etmək baxımından xüsusi əhəmiyyət daşıyır.
