Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits.
Mədəniyyət

Azərbaycan UNESCO-nun “İpək yolu” proqramının ildönümünü qeyd edəcək

Aprelin 6-da Azərbaycan UNESCO-nun “İpək yolu” proqramının 35-i ildönümünü qeyd edəcək. “İpək yolu”na həsr edilmiş tədbir Azərbaycan, Çin, Qazaxıstan, Monqolustan və Omanın UNESCO yanında Daimi nümayəndəlikləri tərəfindən birgə təşkil olunacaq.

Tədbir “İpək yolu – müxtəliflik, dialoq və sülh” adlı Beynəlxalq forumla başlayacaq. Forumda beş təşkilatçı ölkənin görkəmli nümayəndələri, beynəlxalq ekspertlər iştirak edəcəklər. Forumun məqsədi UNESCO-nun “İpək yolu” proqramının son 30 ildə mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi və sülh mədəniyyətinin qurulması sahəsində qazandığı nailiyyətləri müəyyən edərək qiymətləndirməkdir. Həmçinin indiki qlobal kontekstdə mədəniyyətlərarası dialoq və mədəni müxtəliflik üzrə bacarıqların möhkəmləndirilməsi üçün qurumun proqramının istiqamət və məqsədlərini müəyyən etməkdir.

Həmçinin tədbir çərçivəsində “Gənclərin İpək yoluna baxışı” foto müsabiqəsinin rəsmi təqdimatı keçiriləcək. UNESCO-nun mənzil qərargahının qarşısında “Gənclərin İpək yoluna baxışı” foto müsabiqəsində seçilmiş 140 fotonun sərgisi olacaq. “İpək yolu” boyunca bilik və bacarıqların mübadiləsinə həsr olunmuş qısametrajlı film nümayiş olunacaq.

Sonra tədbir “İpək yolunda gənclərin tədqiqat təqaüdü” mövzusunda elmi simpoziumla davam edəcək. Simpozium gənc tədqiqatçıları və UNESCO-nun “İpək yolu” gənclər tədqiqat təqaüdünün birinci nəşrinin benefisiarlarını bir araya gətirəcək.

Tədbir proqramı sənədli filmin nümayişi və Azərbaycan, Qazaxıstan və Çin incəsənət nümayəndələrinin iştirakı ilə təşkil olunmuş konsertlə başa çatacaq.

Qeyd edək ki, UNESCO “İpək yolu” proqramı ilk dəfə 1988-ci ildə “İpək yolunun inteqral tədqiqatı, dialoq yolları (1988-1997)” adlı elmi ekspedisiya, sahə araşdırmaları, konfranslar vasitəsilə Şərq və Qərb xalqları arasında mədəni qarşılıqlı əlaqələri işıqlandıran təşəbbüslə başlayıb. 2012-ci ildə ikinci mərhələyə start verildikdən sonra proqram biliklərin inkişafı, səfərbərliyi və yayılması, tərəfdaşlıq və şəbəkənin qurulması, gənclərin səlahiyyətlərinin artırılması kimi üç əsas sahəyə diqqət yetirib.

Oxşar Xəbərlər