Azərbaycan Dövlət “Yuğ” Teatrı Gürcüstanın Kutaisi şəhərində təşkil olunan “Teatral İmereti” beynəlxalq teatr festivalında çıxış edib. Sözügedən festival Gürcüstanda Kutaisidə yerləşən Mesxişvili Dövlət Teatrında keçirilib.
Teatrdan Uvertura.az-a bildirilib ki, hər il keçirilən bu festivala 20-dən çox ölkə qatılıb. Festival çərçivəsində “Yuğ” Teatrı V.Şekspirin “III Riçard” əsəri əsasında, bolqarıstanlı rejissor Hristo Stoiçevin quruluşunda “Lənət” tamaşasını nümayiş etdirib. Səhnə əsəri beynəlxalq festivalın ən orijinal tamaşası seçilib və mükafat qazanıb.
Tamaşada rolları Əməkdar artist Qasım Nağı, aktyorlar Oqtay Mehdiyev, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva və Zümrüd Qasımova ifa ediblər