Bir çox nüfuzlu mənbələrin bildirdiyinə əsasən müğənni Britney Spears və Sam Asghari-nin evlilikləri 14 aydan sonra sona çatmaq üzrədir.
Uvertura.az usmagazine.com nəşrinə istinadən xəbər verir ki, bildirilir ki, çərşənbə günü, yəni avqustun 16-da 29 yaşlı Asghari boşanmaq üçün rəsmi sənədləri doldurub.
Qeyd edək ki, daha öncə bildirilirdi ki, 41 yaşlı Britney Spears Sam Asghari-dən övlad dünyaya gətirmək istəyir, ancaq Sam isə heç də partnyoru ilə eyni fikirdə deyil. Belə bir fikir ayrılığı isə münasibətlərinə mənfi təsir edir.